Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Madeyra" ilə üz-üzə gəlib.   
 
Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Ötən turda da oynamayan Quluzadə bu dəfə də meydana çıxmağa şans tapa bilməyib.  
 
Qeyd edək ki, hazırda "Atletiko" 17 xalla turnir cədvəlinin 19-ci pilləsində qərarlaşır. 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp