Mövsümün əvvəlində “Barselona”dan "Vest Hem"də icarə əsasında keçən Aleks Sonq yeni mövsümdə İspaniyaya qayıtmayacaq. O, karyerasını qarşıdakı illərdə də İngiltərədə davam etdirməyi düşünür. Belə bir iddia ilə "Daily Mail" nəşri çıxış edib.
 
Ada nəhənglərindən "Mançester Siti" və "Liverpul" kamerunlu futbolçu ilə maraqlanır.
 

Qeyd edək ki,  Sonq 2012-ci ildə elə başqa bir İngiltərə klubu “Arsenal”dan “Barselona”ya transfer olunmuşdu. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 8 matçda meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp