Dünya futbolunun canlı əfsanələrindən sayılan Tyerri Anri karyerasını bitirib. Futbolinfo.az xəbər verir ki, fransalı forvard peşəkar karyerasında sonuncu matçını ABŞ-da “Nyu York Red Buls” forması ilə “Major League Soccer” (MLS) Kubokunun yarımfinalında oynayaraq, keçirib.
 
Qeyd edək ki, Anri ötən həftələrdə bu mövsüm peşəkar futbolçu karyerasında sonuncu mövsüm olacağını açıqlamışdı.
 
Anri karyerasına 1994-cü ildə “Monako”da başlayıb. 1999-cu ildə “Yuventus”a keçən forvard qısa İtaliya dövründən sonra əfsanələşəcəyi “Arsenal”a transfer edilib. 1999-2007-ci illərdə Londonda fenomenə çevrilən qolçu ardınca “Barselona” forması geysə də, “Arsenal”dakı kimi uğurlu karyera keçirməyib. 2010-cu ildə karyerasını ABŞ-da davam etdirmək qərarına gələn Anri o vaxtdan bəri “NY Red Buls” forması geyirdi.
Tyerri 1997-2010-cu illərdə Fransa millisinin də şərəfini qoruyub. Bu müddətdə yığmada 123 matça çıxan oyunçu 51 qol vurub.
Anri peşəkar karyerası ərzində ümumilkdə 483 oyuna çıxıb. Fransalı bu oyunlarda 257 dəfə fərqlənib.
 
Anrinin qazandığı titullar:
 
“Monako” – Liqa-1 (1996/97), Fransa Superkuboku (1997)
 
 “Arsenal” – Premyer Liqa (2001/02, 2003/04), Federasiya Kuboku (2002, 2003, 2005), İngiltərə Superkuboku (2002, 2004)
“Barselona” – La Liqa (2008/09, 2009/10), Kral Kuboku (2009), İspaniya Superkuboku (2009), Çempionlar Liqası (2008/09), UEFA Superkuboku (2009), FİFA Klublararası DÇ (2009).
 
“Nyu York Red Buls” – MLS Qərb Konferensiyası (2010, 2013)
 
Fransa millisi – Dünya çempionu (1998), Avropa çempionluğu (2000), Konfederasiyalar Kuboku birincisi (2003).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp