İtalyan məşqçi Çezare Prandellinin göndərilməsindən sonra müvəqqəti olaraq “Qalatasaray”ın başına keçən Klaudio Taffarel komandanı dünənki Qaziantep səfərindın üzüağ çıxarıb. "Qaziantepspor"u minimal hesab etdikləri matçdan sonra braziliyalı qələbəni məhz Prandelliyə həsr etdiklərini bildirib:
 
"Bütün komandama və oyunçularıma təşəkkür edirəm. İnanılmaz fədakar bir “Qalatasaray” izlədik. Xüsusilə Burak çox istəkli idi. Çətin bir matç olacağını bilirdik. Yaxşı oynayan və yaxşı qaçan bir komandaya qarşı mübarizə apardıq. Baxsaq, Prandellinin çalışdırdığı komanda bu gün qazanan komanda ilə eynidi. Ona görə üç xalı mən məhz Prandelliyə hədiyyə edirəm. Amma artıq bəzi şeylərin dəyişməli olduğunun fərqində olan futbolçular vardı meydanda. Buna görə yaxşı bir qələbə oldu”.
 
Qeyd edək ki, Taffarel 2011-ci ildən “Qalatasaray”da qapıçı məşqçisi kimi çalışır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp