İspaniya La Liqasında 13-cü tur lider “Real” üçün əlamətdar olub. Səfərdə "Malaqa"nı 2:1 hesabıyla məğlub edən Madrid klubu ardıcıl 16-cı qələbəsini qazanaraq rekorda imza atıb. Bununla da, 112 illik klub tarixi ərzində ilk dəfə bütün turnirlərdə ardıcıl 16 oyunda qələbə qazanaraq rekord qırıb.
 
La Liqa nəhəngi daha öncə Migel Munyos və Joze Mourinyonun rəhbərliyi altında 15 ardıcıl qələbəyə sevinmişdi.
 
Qeyd edək ki, “qalaktikos” bu il sentyabrın 16-da Çempionlar Liqasında “Bazel”lə (5:1) oyundan etibarən bütün oyunlarını qələbə ilə başa vurub.

[url=http://my.mail.ru/mail/jevons/video/32/436.html][img]http://content.video.mail.ru/mail/jevons/32/i-436.jpg[/img][/url]

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp