"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Barselona"nın futbolçusu Lionel Messinin London klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında bunları dilə gətirib:
 
"Messi kimi futbolçular haqda yanlış xəbərlər yaymaq çox asandır. Çoxu xəbərin doğru olub-olmadığını yoxlamadan çap etməyə hazırdılar. Aydındr ki, bu xəbərlər yanlışdır. Messini transfer etməyi düşünmürük".
 
"Barselona"dan ayrılacağı gözlənilən Messinin "Çelsi"yə 200 milyon avrodan baha başa gələcəyi haqda bir neçə gün öncə xəbər yayılmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp