İngiltərə futbolunun məşhur siması Devid Bekhem avtomobil qəzası keçirib.
 
Bu haqda "Daily Mail" nəşri xəbər yayıb. Ötənlərin məşhur futbolçusu "Arsenal"ın aşağı yaş qrupları üzrə futbol klubunda oynayan oğlu Bruklinlə birlikdə London təmsilçisinin məşq bazasından evə qayıdarkən qəzaya uğrayıb. Bekhem və 15 yaşlı oğlu təhlükəsizlik yastıqları sayəsində xəsarət almayıb. 
 
Xatırladaq ki, Bekhem sentyabrda onu izləyən paparatsilərdən qurtulmaq istəyərkən motosikletdən yıxılmış və qolunu zədələmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp