Almaniya Şimal Regional Liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq “Ayntraxt"ının ikinci komandası doğma arenada "Kloppenburq"la üz-üzə gəlib.   
 
Oyun ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən yarımmüdafiəçimiz isə 85-ci dəqiqədə meydana çıxmağa şans tapıb.
 
Qeyd edək ki, hazrda “Ayntraxt"ın ikinci komandası 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp