Ötən gün Topaz Premyer Liqasında 14-cü turu çərçivəsində “Neftçi” və “Qəbələ”  komandaları üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, “Bakcel Arena”da keçirilən və qolsuz bərabərliklə başa çatan matçı izləyənlər arasında Azərbaycan millisinin baş məşqçi postuna ən real namizəd olan xorvatiyalı mütəxəssis Robert Prosineçki də olub.
 
Paytaxt təmsilçisinin rəhbərliyi oyundan sonra İspanyanın “Real” və “Barelona” kimi nəhəng klublarının şərəfini qorumuş veteran futbolçuya hədiyyə verib. Onlar 45 yaşlı çalışdırıcıya xatirə olaraq, arxasında Prosineçkinin adı yazılmış “Neftçi”formasını bağışlayıb.
 
(Klub saytı)
Shares: