“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında 14-cü turu çərçivəsində keçirilən “Simurq” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdəki 3:2 hesablı qələbəni belə şərh edib:
“Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.