“Simurq” klubunun baş məşqçisi George Çixradze Topaz Premyer Liqasında 14-cü turu çərçivəsində keçirilən “Qarabağ” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis evdəki 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Çox maraqlı oyun alındı. Oyunda 5 qolun və çoxlu sayda qol epizodlarının şahidi olduq. Biz qalib gəlmək istəyirdik. Hesabı birinci biz açdıq, amma üstünlüyümüzü qoruya bilmədik. Yüksək səviyyəli komandaya qarşı oynayırdıq. Müdafiədə səhvlərimiz də öz sözünü dedi”.