Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cihan Özkaranın çıxış etdiyi  “Sivasspor” səfərdə “Mərsin İdman Yurdu" ilə üz- üzə gəlib. 
 
Görüş Sivas təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Hücumçumuz “18-liy”ə daxil edilsə də, braziliyalı baş məşqçisi Roberto Karlos ona şans verməyib.
 
Qeyd edək ki, “Sivasspor” hazırda 9 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp