Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandada zədəli olmasıdı.
 
Belə ki, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb. Onun əvəzinə heyətə “Fənərbaxça” (Türkiyə) komandasının üzvü Vitali Borisov dəvət olunub.
 
(AFFA)
Shares: