“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sent-Etyen” Fransa çempionatında “Lyon”la qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən “ağ yaşıllar”ın baş məşqçisi Kristof Qaltye oyundan sonramaraqlı açıqlamalar verib:
“Bu məntiqli və haqlı qələbə idi. Oyunçularım yüksək səviyyəli oyun nümayiş etdirdilər. Bu qələbədən xüsusi zövq aldım. Komanda bütün zehni və fiziki gücünü meydana qoydu”.
Təcrübəli çalışdırıcı “Qarabağ”a qarşı uğursuz (1:1) oyunun nəticəsini bu oyunla sildiklərini bildirib: “Göstərdiyimiz oyunla “Qarabağ” qarşısındakı uğursuz nəticənin məyusluğunu silmiş olduq. Avrokubok oyunundan cəmi 3 gün sonra derbi oynadıq və qalib gəldik. Çox xoşbəxtəm. Biz hələ bir çox şeyə nail ola bilərik”.