İspaniya Primerosunun 13-cü turu çərçivəsində oynanılan "Atletiko" – "Deportivo" matçından öncə "Visente Kalderon" stadionunun yaxınlığında iki komandanın azarkeşləri arasında qarşıdurma yaşanıb.
Futbolinfo.az xəbər verir ki, Qarşıdurma nəticəsində ümumilikdə 11 azarkeş yaralanıb, bir nəfər "Deportivo" azarkeşI isə dünyasını dəyişib. Məsələ ilə bağlı İspaniya polisi araşdırmaları davam etdirir.
Xatırladaq ki, matç "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Shares: