Madrid "Real"ının həkimləri rəhbərliyə xoş xəbər verib. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən gənc yarımmüdafiəçi Xese Rodriqes tamamilə sağalıb. 

Baş məşqçi Karlo Ançelottinin sözlərinə görə, 21 yaşlı futbolçu gələn həftənin çərşənbə axşamı Kral Kuboku çərçivəsində "Korneliya" ilə matçda meydana çıxa bilər.

Qeyd edək ki, ispaniyalı ötən mövsüm Çempionlar Liqasında "Şalke" ilə görüşdə sıradan çıxmışdı.

Shares: