“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun “Lans”a olan 2.5 milyon avroluq borcunu Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR ödəyə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Mənbədə qeyd olunur ki, Azərbaycan dövləti bu borc səbəbindən Fransa ilə əlaqələrinə xələl gələ biləcəyini düşünür. Bu səbəbdən də onlar azərbaycanlı iş adamının “Lans”a olan borcunu ödəməyi qərara alıblar. Bu borcun da SOCAR tərəfindən ödənəcəyi bildirilir.
 

Qeyd edək ki, Məmmədov kluba ödəməli olduğu məbləğin bir miqdarını qarşılasa da, Jerve Martel yerdə qalan 2,5 milyon avronun dalınca aylardı Bakıya gedib-gəlir. 

Shares: