Premyer Liqanın 15-ci turunda doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirir. Futbolinfo.az xəbər verir ki, cənubluların baş məşqçisi Oğuz Çətin səhər saatlarında yetirmələrinə günün ilk məşqini keçib.
“Qəbələ” ilə oyun öncəsində “Xəzər Lənkəran”ın heyətində aparıcı futbolçularla bağlı sıxıntı var. Belə ki, “İnter”lə oyunda zədələnən Rauf Əliyevin durumu hələ də sual altındadı. Klubdan aldığımız məlumata görə, o, növbəti dəfə tibbi müayinədən keçəcək. Bu zaman onun “qırmızı-qaralar”la matçda oynayıb-oynamayacağı dəqiqləşəcək. Raufdan fərqli olaraq, zədə səbəbi ilə ötən turda meydanda olmayan Manuel Skarlatake artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçı dekabrın 7-də baş tuatacaq.