"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini yayda 6 aylıq icarəyə götürdükləri Frenk Lempardın oyunundan çox razıdı. Futbolinfo.az xəbər verir ki, o, rəhbərlikdən xavbekin ən azı mövsümün sonunadək qalmasını istəyib.
Pelleqrini müqavilə ilə ABŞ-ın “Nyu York Siti” klubuna məxsus olan oyunçu ilə bağlı qərarın bu ayın sonunda açıqlanacağını bildirib:
"Dekabrda hər şeyi müzakirə edəcəyik və yekun qərar qəbul edəcəyik. Əgər tərəflər arasında razılıq əldə olunsa, Lempardı komandada saxlayacağıq. Ancaq ola bilər ki, o, özü ayrılmaq istəsin. Hər gün Frenklə danışıram. Düşünürəm ki, oyununu gündən-günə inkişaf etdirir. Şadam ki, biz onu icarəyə götürmüşük".