Portuqaliyanın Karkas şəhərində UEFA-nın “KISS Marketing Awards 2014” tədbiri keçirilib. Futbolinfo.az xəbər verir ki. qitə futbol qurumunun üzvü olan 44 milli assosiasiyanın nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycandan da iştirakçılar olub.
Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası qızlar arasında 3×3 turnirinin təşkilatıçılığına yaradıcı yanaşmaya görə “Kreativlik və innovasiya” nominasiyasinda qalib elan olunub. AFFA-nı tədbirdə Marektinq və Reklamlar Şöbəsinin əməkdaşları Arzu Əsgərova və Tural Piriyev təmsil edib.
(AFFA)