Premyer Liqanın ikinci dövrəsinə uğursuz başlayan “Qəbələ” dekabrın 3-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində 1-ci division təmsilçisi “Ağsu” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir kiz, “Qırmızı-qaralar” bu gündən etibarən kubok oyunun hazırlıqlarına başlayıb.
 
Əldə etdiyimiz məlumata görə zədəli olan Ruslan Əmircanov komandaya qoşulsa da, müdafiəçi yalnız yügül məşqlər edir. Digər zədəli Aleksandru Benqa isə yüngül qaçışlarla kifayətlənir. Zədəli olan Viktor Mendinin kubok oyununda da komandasına kömək edə bilməyəcəyi dəqiqləşib. O, 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Mendinin 15-ci turda baş tutacaq “Xəzər Lənkəran”la oyunda iştirak etməyəcəyi də məlumdu.
Shares: