Hazırda Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Manisaspor"da çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi:
-Artıq PTT1-ci Liqasında 11 tur arxada qaldı. Bu oyunlarda qazandığınız nəticələri və komandanızın çıxışını necə dəyərləndirərdiz?
– Oyunlarımız heç də yaxşı alınmadı. İstədiyimiz nəticələri qazana bilmədik. Bunun nəticəsində isə turnir cədvəlinin son sıralarında qərarlaşdıq. Bildiyiniz kimi, son oyunda da "Osmanlıspor" qarşısında böyük hesablı məğlubiyyətlə üzləşdik.

– Cari mövsümün əvvəlində "Manisaspor" Türkiyə Superliqasına çıxmağı qarşısına hədəf qoymuşdu. Bunun üçün də komandaya yeni futbolçular cəlb olundu. Amma hazırda son sıralarda qərarlaşırsız. Sizcə, bu uğursuzluğun səbəbi nədi?
– Düşünürəm ki, mövsümün əvvəlində yaxşı hazırlaşa bilmədik. Fikrimcə, komandada düzgün seleksiya işləri aparılmadı. Komandada heç yerdə oynamayan çoxlu gənc futbolçu var. Baş məşqçi dəyişikliyi də oldu. Hazırda yeni nəsə etməyə çalışırıq. Amma bu çox çətindi. Klub 2-3 çox maliyyətli futbolçu gətirmişdi. Burada elədə yaxşı dincələ bilmirik. Klubla müqavilə imzalandıqdan sonra sonra gördüm ki, burada vəziyyət elə də ürəkaçan deyil.

-Bildiyimizə görə hazırda klubla aranızda maliyyə problemləri var. Bu məsələni həll edə bilmisiniz?
– Hələ yox . Əgər məsələ bu həftə həll olunmasa, bu barədə ciddi fikirləşməli olacam. Hələ ki çalışıram, bu barədə düşünməyim.

-Siz də bir müddət Azərbaycan millisində çıxış etmisiniz. Hazırda AFFA yığmamıza xorvatiyalı mütəxəssis Robert Prosineçkini gətirmək istəyir. Sizcə, Prosineçki Berti Foqtsdan fərqli olaraq komandamızda müsbətə doğru nəyisə dəyişə biləcə?
– Əgər bu təklifi qəbul edərsə, Prosineçkinin önündə görüləcək çox iş olacaq. Hər kəsin fikri fərqli ola bilər. Ona görə bu barədə nə deyəcəyimi bilmirəm.
– Azərbaycanda hamı milliyə yerli baş məşqçi təyin olunmasını istəyir. Siz bu barədə necə düşünürsüz?
– Bəli, Azərbaycanda yaxşı məşqçilər var. Amma onlar da çox təzyiq altında olurlar. Əgər bir oyunda məğlub olsalar, necə olacaq? Azarkeşlər və jurnalistlər həmin məşqçini istefaya səsləyəcək. Bu səbəbdən də, məsələ bir az qəlizdi. Buna baxmayaraq,, yenə də sözümün üstündə qalıram ki, Azərbaycanda yaxşı məşqçilər var. Mən də həmin məşqçilərlə işlədiyimə görə özümü çox şanslı sayıram.

– Çoxları bu posta Qurban Qurbanovun gətirilməsini istəyir. Sizcə , o , yığmada da "Qarabağ"dakı kimi yaxşı komanda formalaşdıra bilər?
– Qurbanov gənc və enerji ilə dolu olan məşqçidi. Amma yenə deyirəm , azərbaycanlı baş məşqçilərlə bağlı səbirli olmaq lazımdı. Onları tez-tez istefaya çağırmaq lazım deyil. Ola bilər ki, hamı da çox vaxt bu fikri səsləndirir. Mən də fikirləşirəm ki, hazırda millinin vəziyyəti heç də ürəkaçan deyil. Yeni gələn məşqçi çox işləməli olacaq .

– Berti Foqtsun rəhbərliyi altında millidə bir müddət oynamısız. Onun komandayla işləmək tərzini bəyənirdinizmi? Sizcə, o, Azərbaycan futboluna nəsə verə bildi?
– O, milli komandanı başqa səviyyəyə gətirdi. Komandada yaxşı təşkilatlanma, həmçinin yaxşı intizam yaratdı. Bu müsbət hallarla yanaşı, mənfiləridə çox oldu.

– Hazırda Türkiyədə çıxış edirsiniz. Prosineçki də həmin ölkənin "Kayserispor" klubunda baş məşqçi işləyib. Prosineçkini Türkiyə futbol ictimaiyyəti necə xatırlayır? Çünki bəzi türkiyəli mütəxəsislər onun millini çalışdıracaq səviyyədə olmadığını deyir…
– Bu barədə nəsə deyə bilmərəm. Çünki Türkiyə futbol ictimaiyyətinin fikrini dəqiq bilmirəm. Mən onu "Srvena Zvezda"dan tanıyıram. Orada da Prosineçki qısa ötürmələrlə oyuna üstünlük verirdi. Bununla yanaşı, hücum futbolunu da çox sevirdi. Amma onun milli komanda da nə edə biləcəyini deyə bilmərəm. Bunu yaşayıb görmək lazımdı.
– Sabiq komandan "Qarabağ"ın Avroliqadakı oyunlarını izləyirsənmi?
– Vaxtım olanda baxıram. Amma nəticələri və oyunun icmalını izləyirəm.

– Sizcə, "Qarabağ" oyunu ilə Azərbaycandakı digər klublardan fərqlənir, ya necə?
– Bəli, yüksək səviyyəli oyun göstərirlər. Onların oyunu digərlərindən fərqlənir. Qarabağ yaxşı təşkil olunmuş komandadı. Ümid edirəm ki, bu uğurlu çıxışın davamını da gətirəcəklər. İstəyirəm ki, digər yerli klublarımız da yaxşı çıxış göstərib, nəticələr qazansın.

– Qarabağ qrupdakı son matçını Milan "İnter " inə qarşı keçirəcək. Sizcə Ağdam klubunun növbəti mərhələyə vəsiqə qazanmaq şansı var?
– Həmişə şansları var. Amma unutmayaq ki, qarşıdakı da İtaliya nəhəngi "Inter"di. Buna görə də, çətin oyun olacaq. Lakin Qarabağ növbəti mərhələyə anlamasa, bunu faciə hesab etmək olmaz.

– Hazırda legioner limitinə görə Azərbaycanda yaxşı yerli futbolçuya ehtiyac var. Əgər qışda Azərbaycandan təklif alsanız, yenidən buraya qayıtmaq istəyərdiz?
– Hər zaman. Ötən 10 ilimi Azərbaycanda keçirdim. Azərbaycan üçün darıxdığını hiss edirəm. Əgər təklif gəlsə dəyərləndirmək olar.

ELMAR VƏLİYEV