Cari mövsümün əvvəlində böyük ümidlərlə Türkiyənin "Fənərbaxça" klubundan "Roma"ya transfer olunan Salih Uçanın işləri heç də yaxşı getmir. Futbolinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi İtaliya təmsilçisinin əvəzedici komandasına göndərilib.
Yerli mətbuatın yazdıqlarına görə, romalıların baş məşqçisi Rudi Qarsiya bunu türkiyəli futbolçunun təcrübə qazanması üçün etdiyini deyib. O, Salihin əsas komandaya kömək edə biləcək gücdə olmadığını bildirib.
Qeyd edək ki, Türkiyə millisinin 20 yaşlı üzvü "Fənərbaxça" da çıxışı ilə fərqləndiyi üçün "Roma" klubuna keçmişdi. Onun Paytaxt klubu ilə 2 illik icarə müqaviləsi var.