Almaniya Bundesliqasının 13-cü turdan "Ayntraxt”a 0:2 hesablı məğlub olan Dortmund “Borussiya”sı turnir cədvəlinin son pilləsinə yuvarlanıb. Futbolinfo.az xəbər verir ki, bu məğlubiyyətdən sonra rəhbərliyin baş məşqçi Yurgen Kloppla yolları ayıracağı ilə bağlı iddialar ortaya atılıb.
Klopp isə son açıqlamasında postunu tərk etmək istəmədiyini bildirib: "Jurnalistlərin nə düşündüyü mənə aydındı. Mənim qovulmam vəziyyəti dəyişəcəksə, komanda ilə bu dəqiqə yollarımı ayıra bilərəm. Amma məsələnin həlli bu deyil. "Borussiya"ya əngəl olmaq istəmirəm. Lakin həll yolu tapılana qədər getmək fikrində deyiləm".
Qeyd edək ki, Bundesliqadan fərqli olaraq “Borussiya” Çempionlar Liqasında çox uğurlu çıxış edir. Hətta “sarı-qaralar” 1/8 finala vəsiqəni 4-cü turda təmin etməyi bacarıbklar.