Rusiya Premyer Liqasının lideri “Zenit” son turda səfərdə Yuri Syominin çalışdırdığı “Mordoviya”ya minimal hesabla məğlub olub – 0:1. Futbolinfo.az xəbər verir ki, ötən günkü qarşılaşmada Sankt-Peterburq təmsilçisinin heyətində əslən azərbaycanlı olan Ramil Şeydayev də çıxış edib.
 
Komandanın baş məşqçisi Andre Villaş-Boaş matçın 80-ci dəqiqəsində Viktor Fayzulini Ramillə əvəz edib. 18 yaşlı hücumçunun oyuna daxil olması nəticəni dəyişməyib. 
 
Qeyd edək ki, bu Ramilin “Zenit”in əsas heyətində meydana çıxdığı ikinci oyunudu. O, ümumilikdə yeni mövsümdə meydanda 21 dəqiqə olub. Onu da əlavə edək ki, Şeydayev Rusiya Premyer Liqasında çıxış edən ən gənc azərbaycanlı futbolçudu.
Shares: