David de Heanın “Real”da oynamaq arzusu "Mançester Yunayted" rəhbərliyini narahat etməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, "qırmızı-şeytanlar" işini ehtiyatlı tutmaq üçün qapıçı axtarışına başlayıb. 
 
De Hea gedəcəyi təqdirdə “qırmızı şeytanlar”ın ilk hədəfi "Tottenhem"in qolkiperi Uqo Lloris olacaq. Fransalı qapıçı özü də təklif olarsa, müsbət yanaşmağı düşünür.
 
Qeyd edək ki, cari mövsümdə 19 dəfə meydana çıxan Lloris qapısında 20 qol görüb.
Shares: