Türkiyənin "Fənərbaxça" klubunun canlı əfsanələrindən olan Aleks de Souza futbolçu karyerası ilə vidalaşmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə "İnstagram" sosial şəbəkəsindəki şəxsi səhifəsindən məlumat verib.
Hazırda ölkəsinin "Koritiba" klubunda çıxış edən Aleks bazar günü (7 dekabr) keçiriləcək "Baiya" matçında karyerasını bitirəcəyini açıqlayıb.
Yarımmüdafiəçi bu qərarını belə şərh edib: "Mənə verdiyi hər şey üçün futbola təşəkkür edirəm. Ancaq kariyeramın sonudu. Bazar günü "Kouts Pereyra"da ləzzət alacağım daha bir oyun olacaq. Təşəkkürlər "Koritiba", "Palmiyeras", "Kruzeyro" və "Fənərbaxça".
Qeyd edək ki, o, 2004-2012 illər ərzində "sarı – lacivətlilər"in formasını geyinib. Hazırda İstanbul şəhərində Aleksin heykəli də var.