Türkiyənin "Qalatasaray" klubu yeni baş məşqçi Həmzə Həmzəoğlu ilə rəsmi müqavilə imzalayıb.  Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Mənbədə qeyd olunur ki,  "sarı – qırmızılılar" 44 yaşlı çalışdırıcı ilə növbəti ilin mayına qədər müqavilə bağlayıb.
 
Qeyd edək ki, Həmzəoğlu 2011-14-cü illərdə Superliada “Akhisar”la uğurlu bir dövr keçirdikdən Türkiyə millisində baş məşqçi Fatih Terimin köməkçisi olub. O, həmçinin futbolçu karyerası dönəmində "sarı-qırmızılar"ın (1991-1995) formasını geyib.
Shares: