İspaniyanın "Valensiya" klubu La Liqanın 13-cü turunda "Barselona" ilə matçda baş vermiş hadisəyə görə rəsmi bəyanat yayıb. Futbolinfo.az xəbər verir ki, həmin oyunda messinin başını yaran azarkeşin sərt şəkildə cəzalandırılacağını bildirib.
 
"Valensiya" rəhbərliyi məlum epizoda görə üzr istəyib və səbəbkarı tapacaqlarını bildirib. Açıqlamaya əsasən, tapıldıqdnan sonra həmin azarkeş klubun oyunlarından ömürlük diskvalifikasiya olunacaq.
 
Qeyd edək ki, Serxio Busketsin 94-cü dəqiqədə "Barsa"ya qələbə gətirən qolu vurmasından sonra tribunalardan atılan əşya Lionel Messinin başını yaralamışdı.
Shares: