“Bavariya" rəhbərliyi mətbuatda baş məşqçi Pep Qvardiolanın klubdan ayrılacağı barədə çıxan xəbərlərin ardından ispan mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, klub prezidenti Karl-Haynts Rummenige məsələ barədə danışıb:
"Bavariya" tarixinin ən yaxşı məşqçilərindən biridi. Əla insandı və onunla çalışmaqdan məmnunuq. Ümid edirəm ki, hələ uzun müddət bizimlə qalacaq. Onu tanıyıram və qısa müddətlik müqavilə imzalamaz. İndi ona müqavilə təklif etsək, əsəbləşəcək. Nə zaman təklif göndərəcəyimi bilmirəm. Bunun üçün vaxtımız var".
Qeyd edək ki, Qvardiola daha öncə verdiyi açıqlamada İngiltərədə çalışmaq istədiyini bildirmişdi.