FİFA dünyanın ən yaxşı futbolçusu adına son 3 namizəddən sonra ən yaxşı baş məşqçi adı uğrunda mübarizə aparacaq 3 mütəxəssisin adını müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, sözügedən çalışdırıcılar bunlardı:
 
Karlo Ançelotti – Real
Dieqo Simeone – "Atletiko"
Yoahim Löv – Almaniya millisi
 
Qeyd edək ki, Ançelotti 2014-cü ildə Çempionlar Liqası, Simeone İspaniya La Liqası, Löv isə Dünya Çempionatında qalib olub. Dünyanın ən yaxşı baş məşqçisi adına 2015-ci il, yanvarın 12-də Sürixdə keçiriləcək mərasimdə aydınlıq gələcək. 
Shares: