"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Serxio Aquero haqqındakı transfer söz-söhbətinə son qoyub. Futbolinfo.az xəbər verir ki, o, forvardın başqa kluba keçməyəcəyini, "şəhərlilər"də xoşbəxt olduğunu bildirib:
"Hazırda Serxio başqa kluba keçmək istəmir. Həmçinin biz də onu satmaq fikrində deyilik. "Mançester Siti" oyunçularını satan klub deyil. Biz onları alırıq və hər il daha da yaxşıya getmələri üçün çalışırıq. Serxio burda xoşbəxtdi və onun 5-6 illik müqaviləsi var. Klubdan ayrılacağını düşünmürəm. Ancaq yenə də gələcəkdə nələrin olacağını bilmək olmur".
Qeyd edək ki, Argentina millsinin də üzvü olan 26 yaşlı hücumçu 2011-ci ildə İspaniyanın “Atletiko” klubundan İngiltərə təmsilçisinə keçib.