Topaz Premyer Liqanın 15-ci turunda “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, iki günlük sərbəst buraxılan "ağ-yaşıllar" istirahətini yekunlaşdırıraraq, bir araya gəlib. 
 
Ötən gün saat 11:00-da Bakıda “Bayıl Arena” stadionunda məşqə çıxan cənubluların növbəti hazırlıq prossesi bu gün “Dalğa Arena”da baş tutacaq. Saat 14:00-da adı çəkilən stadionda “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama matçı keçiriləcək.
 
(12cioyuncu)
Shares: