Avropa liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Milan  “İnter”i  “Dnepr”in futbolçusu Yevgeni Konoplyanka üçün danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalılar ilk olaraq təcrübəli yarımmüdafiəçinin atası ilə müzakirələr aparıblar.
 
Onlar 25 yaşlı futbolçu üçün illik 3 milyon avro maaş və 4 illik müqavilə təklif ediblər. Əgər Milan təmsilçisi futbolçunu və onun ailəsini razı sala bilsə, “Dnepr”lə də danışıqlar başlayacaq. Razılıq əldə olunsa, “İnter” Konoplyanka üçün 10 milyon avro təklif edəcək.
 
Qeyd edək ki, Ukrayna millisinin üzvü 2007-ci ildən “Dnepr”in əsas komandasında çıxış edir. Onun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Shares: