Rusiya prezidenti Vladimir Putin DÇ-2018-in hazırlıqları haqqında danışıb.  Futbolinfo.az xəbər verir ki, o, inşaat işləri zamanı türk mühəndislərin əməyindən istifadə edilə biləcəyini qeyd edib: 
 
"Biz güman edirik ki, Türkiyə şirkətlərinin təcrübəsindən idman qurğularının və infrastrukturun hazırlığında istifadə ediləcək. Türkiyə inşaat şirkətləri 20 ildən artıqdı ki, Rusiyada uğurla çalışır. Bu bizim 2018-ci ildə dünya çempionatını daha yaxşı təşkil etməyimizə kömək edəcək".
 
Qeyed edək ki, Putin bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra qeyd edib.
Shares: