Gəncə şəhərindəki 24 saylı tam orta məktəbdə AFFA-nın U-11 Liqasının 2013/2014-cü il mövsümünün bombardiri, "Gəncə" komandasının üzvü Ümid Səmədovun mükafatlandırılma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki,  AFFA-nın bombardir üçün nəzərdə tutduğu hədiyyələri veteran futbolçu Müzəffər Qasımov təqdim edib. 
 
43 qol vurmaqla U-11 Liqasının ən məhsuldar oyunçusu olmuş Ümid Səmədov tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığnı bildirib.
 
(AFFA)
Shares: