“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Dnepr”in futbolçusu Artem Fedetski ukrayna mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi qrupdakı növbəti mərhələ şanslarını dəyərləndirib:
“Hər şey sadə görünür. Bizim “Sent-Etyen”lə oyunda yalnız qələbəyə ehtiyacımız var. Təəssüf ki, qrupdan çıxmaq bizdən aslı deyil. Bunun üçün “İnter” səfərdə “Qarabağ”ı məğlub etməlidi. Əks təqdirdə, azərbaycanlılar növbəti mərhələyə adlayacaq. Lakin hər şey Tanrının əlindədi. Bizim qarşıya qoyduğumuz məqsəd aydın və birmənalıdı”.
Qeyd edək ki, ”Qarabağ”ın da yer aldığı “F” qrupunda növbəti oyunlar dekabrın 11-də baş tutacaq. Təmsilçimiz doğma meydanda “İnter”i qəbul edəcək. “Dnepr” isə öz azarkeşləri qarşısında “Sent- Etyen”lə qarşılaşacaq.