Avropa Liqasında və Premyer Liqada uğurlu çıxış edən “Qarabağ” dekabrın 3-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.
Qurban Qurbanovun komandası bu gün bir araya gələrək hərbiçilərlə oyunun hazırlıqlarına başlayacaq. Ağdam klubunun braziliyalı legionerləri Danilo Dias, Çumbinyo və Reynaldonun zədəsi davam edir. Bu azmış kimi, Cavid Tağıyevin də zədəsi var. Gənc yarımmüdafiəçi bu səbəbdən MOİK-lə oyunu buraxmalı olacaq. Onun Premyer Liqanın 15-ci turunda “Neftçi”yə qarşı oyunda iştirak edəcəyi gözlənilir.
Shares: