İtaliya millisinin və  “Liverpul”un qalmaqallı futbolçusu Mario Balotelli cəzalandırıla bilər. Futbolinfo.az xəbər verir ki, hücumçunun şəxsi  “İnstagram” səhifəsində paylaşdığı şəkil yahudiləri əsəbiləşdirib. 
 
Belə ki,  o, “Supermario” oyunun qəhrəmanının şəklini  paylaşaraq,  üzərinə "İrqçi olmayın. Mario kimi olun. O, yaponlar tərəfindən yaradılmış, ancaq italiyalı kimi santexnik, ingilis kimi danışan, meksikalı kimi görünən, qara dərili kimi tullanan və yəhudi kimi pul toplayandı” sözlərini yazıb. 
 
Şəkil ictimaiyyət  tərəfindən qınaq obyektinə çevrildiyindən səbəbkar az sonra bu şəkli silməyə məcbur olub və “Twiter” hesabında qeyd edib ki, “Mənim anam da yəhudidir”.Həmçinin o , irqçi olmadığımnı da bildirib.
 
Əgər İngiltərə Futbol Assosiasiyası bu fikirləri irqçilik kimi dəyərləndirərsə, o zaman “liverpul”lu cəzalandırıla bilər.
 
Qeyd edək ki, 24 yaşlı oyunçu bundan əvvəl oynadığı komandalarda da intizamsızlığı ilə yadda qalıb.
Shares: