Sabah Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, maraqlı qarşılaşmalardan biri Zaqatalada baş tutacaq. Yerli “Simurq” 1-ci divizion təmsilçisi “Rəvan”ı qəbul edəcək. Saytımıza müsahibə verən “sarı-qırmızılar”ın baş məşqçisi Ramil Əliyev cütün favoritinin “Simurq” olduğunu düşünür:
– Sabah Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Simurq”la qarşılaşacaqsız. Zaqatalada keçiriləcək oyuna komandanız necə hazırlaşıb?
– “Komandamız “Simurq”la oyuna ciddi hazırlaşıb. Bilirsiz ki, liqalar arasında uçurum böyükdü. Buna baxmayaraq gücümüzü göstərməyə çalışacağıq. Cavan futbolçuların özünü göstərməsi üçün əllərinə yaxşı şans düşüb. Komandada vəziyyət yaxşıdı. Futbolçularda yol yorğunluğu hiss olunmur.

– Bu iki komandanın qarşılaşmasında “Rəvan”ın növbəti mərhələyə adlama şansı nə dərəcədə realdı?
– Şans hər zaman var. Sadəcə, meydana çıxıb öz oyunumuzu nümayiş etdirməliyik. Bizim üçün yaxşı qarşılaşma olacaq.

– Ötən mövsüm Güvənc Kurtarın rəhbərliyi ilə “Rəvan” kubokda inamlı çıxış edirdi. Yeni mövsümdə də belə çıxışı gözləmək olarmı?
– Bunu oyun göstərəcək. Ötən ilki heyətdən komandada cəmi iki futbolçu qalıb. Yeni komandayıq. Heyətimiz cavan və perespektivli futbolçulardan ibarətdi. Ötən mövsümkü heyətlə indiki müqayisə etmək düzgün olmazdı. İndi oyun stilimiz bir az fərqlidi. Deyərdim ki, “Simurq”la qarşılaşma oyunçularımız üçün yaxşı təcrübə olacaq.

– “Rəvan” 1-ci divizion təmsilçisi olduğu üçün, çox güman ki, rəqib sizə yuxarıdan aşağı baxacaq. Bu amil sizin işinizi asanlaşdıra bilərmi?
– “Simurq”un bizə yuxarıdan aşağı baxacağını düşünmürəm. Bizim yeganə üstünlüyümüz odur ki,”Simurq” bazar günü “Qarabağ”la ağır oyun keçirib.

– Sabahkı qarşılaşmda müdafiə futboluna, yoxsa açıq oyuna üstünlük verəcəksiz?
– Müdafiə futbolu ilə bağlı planımız yoxdu. Bir sıra gedişlərimiz olacaq. Oyunun gedişatında nə tələb olunursa, onu da edəcəyik.
– Maraqlıdı, “Rəvan” növbəti mərhələyə adlasa, bu, sürpriz nəticə hesab oluna bilərmi?
– Birmənalı olaraq cütün favoriti “Simurq”du. Amma biz də öz işimizi göstərməyə çalışacağıq.

EMİN SƏFƏROV