Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun cəzaları açıqlanıb.  
 
“Qəbələ” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Qarabağ”la oyunun 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat məbləğində cərimələnib.
 
(PFL)
Shares: