Avropa Liqasının 6-cı oyun günündə baş tutmuş "Qarabağ" – "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olay bütün ictimayyəti şoka saldı. Futbolinfo.az xəbər verir ki, oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 baş çatdı.
Nəticədə qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşaraq yarışla vidalaşdı. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə böyük təzyiq yaradıb. Son dəqiqədə 1/18 finaldan kənarda qalmağımız hər kəsin üzüntüsünə səbəb olub.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu məsələyğə biganə qalmayaraq, əldə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib. Tələbə uyğun olaraq məktub yazıldı və UEFA-ya göndərildi. Bununla da yetinməyən Gözəl İsveçrəyə getməyə hazırlaşır. "Qarabağ"ın haqqını qorumaq üçün O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib, lazımi şəxslərlə Ağdam təmsilçisinin hüquqularını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.