Azərbaycanlı iş adamı Hafiz Məmmədovun qəyyumluq etdiyi “Lans” klubu ilə bağlı Fransa mətbuatı yeni xəbər yayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan dövləti maliyyə cəhətdən sıxıntı çəkən Hafiz Məmmədovun borclarını ödəyəcək.
Mənbədə qeyd olunur ki, “Lans”ın çoxdan gözlədiyi 2.5 milyon avro bu həftə ərzində klubun hesabına köçürüləcək. Lakin klub rəsmiləri bu xəbəri hələ ki, təsdiq etməyiblər. Pulun təqribən 1.5 milyon avroluq hissəsinin ödənildiyi, geri qalan hissəninsə dekabrın 16-na qədər ğdəniləcəyi gözlənilir.
Bundan əlavə, Fransa təmsilçisinin digər 14 milyon avroluq borcunun yanvar ayına qədər hesabına yatırılması mümkün ola biləcək.
Qeyd edək ki, bu hadisə ilə əlaqədar Azərbaycan dövləti hələ avqust ayından bəri klub qarşısında öhdəlik götürmüşdü.