"İnter"in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Simurq" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, səfərdəki 1:1 hesablı heç-heçədən danışıb:
"Maraqlı oyun oldu. Azarkeşlər gərgin qarşılaşma izlədi. Topa çox nəzarət etdik. Ancaq şanslardan istifadə edə bilmədik. Sonuncu dəqiqədə hesabı bərabərləşdirə bildik. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm"