"Simurq"un baş məşqçisi George Çixradze Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "inter" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gürcü çalışdırıcı səfərdəki 1:1 hesablı heç-heçədən danışıb:
"Elə oyun oldu ki, hər nəticə ola bilərdi. Qələbə qazanmaq üzrə idik. Maraqlı qarşılaşma oldu. Son dəqiqədə buraxdığımız qol bizə çox pis təsir etdi. Buna baxmayaraq, futbolçuların sərgilədiyi oyundan razı qaldım. Bir çox oyunçumuz yaxşı çıxış etdi ki, bunlardan biri də İdan Vaytsman idi".