Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan "Simurq" – "İnter" matçı 1:1 hesabı ilə bitdi. Qarşılaşmadan sonra saytımıza açıqlama verən Zaqatala təmsilçisinin xorvatiyalı futbolçusu Stepan Polyak oyunla bağlı fikirlərini bölüşdü:
 
"Çətin oyun oldu. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. "İnter" oyun ərzində yaratdığı bir qol imkanından yararlandı. Son dəqiqədə qələbədən məhrum olmağımızın bizə növbəti matçda pis təsir edəcəyini düşünmürəm. Artıq "İnter"lə qarşılaşmanı unudub, qarşıdakı oyunlara baxmalıyıq. Komandamızda hər kəs "Bakı" ilə oyunda qələbə qazanmağın vacibliyini bilir. Bunun üçün yaxşı istirahət edib, həmin oyuna hazırlaşmalıyıq.

 

Shares: