Avropa Liqasının sonuncu turu çərçivəsindəki "İnter" matçında təmsilçimiz "Qarabağ" hakimlərin səhvi nəticəsində qrupda qalıb. Futbolinfo.az xəbər verir ki, oyuna əlavə edilən 90+4-cü dəqiqədə Riçard Almeydanın qolunu saymayan çexiyalı baş hakimin qərarından sonra sosial şəbəkələrdə çaxnaşma baş verib.
 
Hamımızın arzusunu ürəyində qoyan çex hakimə etirazlar səngimir. Azərbaycanlı futbolsevərlər dünyada ən məhşur futbolçuların, klubların həmçinin milyonlarla izləyicisi olan futbol səhifələrində UEFA-ya etiraz dalğası başladı. Bu gün səhər saatlarında UEFA minlərlə azərbaycanlını öz səhifəsindən qovdu və klubumuza qarşı nəzarət artmağa başladı. "Qarabağ"ın qrup mərhələsində keçirdiyi oyunlar bütün sosial şəbəkələrdən silindi. "YouTube" video sosial şəbəkəsində UEFA-ya məxsus olmayan həvəskar kamera ilə çəkilən videolar da silinməyə başladı. Hazırda "Qarabağ"ın Avropa Liqasındakı çıxışı haqqında videomaterialları internetə yükləmək mümkünsüz olub. Avtomatik nəzarətçi qoşulub.
 
Qeyd edək ki, bu qadağaların aradan qalxması üçün isə "Qarabağ" tərəfdarları etirazları dayandırmalıdı.
Shares: