Türkiyə Superliqasında çıxış edən “Rizəspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, rizəliləri bundan sonra Hikmət Karaman çalışdıracaq. 
 
O, bu postda Məhmət Özdiləyi əvəzləyəcək. Klubdan verilən məlumata görə, 54 yaşlı mütəxəssislə sabah rəsmi müqavilə bağlanacaq.
 
Qeyd edək ki, Rizə klubu hazırda Superliqada 10 xalla 17-ci yerdə qərarlaşıb.
Shares: