Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan "Simurq" – "İnter" matçı 1:1 hesabı ilə bitib. Qarşılaşmadan sonra saytımıza açıqlama verən Zaqatala təmsilçisinin kapitanı İlkin Qırtımov oyunla bağlı fikirlərini bölüşüb:
 
"Ağır oyun oldu. Qələbəyə çox yaxın idik. Ancaq öz səhvimizdən qələbəni əldən verdik. Ancaq futbol səhvlər oyunudu. Təəssüf ki, son turlarda hesabı sona qədər qoruyub saxlaya bilmirik. Bu matçı unudub, qarşıdakı oyunu fikirləşməliyik.  "Bakı"ya ilk dövrədə məğlub olmuşuq. Öz evimizdə rövanş almalıyıq. Çempionatda zəif komanda yoxdu. Cavan oyunçulardı deyə inamlı çıxış edirlər".
Shares: