"Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki son matçına çıxıb. Hakimlərin kobud səhvi nəticəsində qolu sayılmayan və evdə İtaliya nəhəngi "İnter"lə 0:0 bərabərə qalaraq, qrupdan çıxa bilməyən Ağdam klubu artıq bu barədə UEFA-ya şikayət məktubu da ünvanlayıb.
“Qarabağ”ın bu məsələlərlə bağlı tutduğu türkiyəli vəkili Gurur Günal saytımıza açıqlamasında bu söləri deyib:
"Etdiyimiz şikayətdə həm oyunun vaxtından əvvəl dayandırılmasını həm də qolun ofsayddan vurulmamasını əslində qol olduğunu bildirmişik. Videotəkrarlara baxanda hakimin "Qarabağ"lı oyunçunu "İnter"in futbolçusu ilə səyv saldığı görünür. Qol olan epizodu böyük bir xəta kimi UEFA-ya bildirdik. "Qarabağ"ın oyunçusu zərbə vurur, top "İnter"in üzvünə dəyərək qapıya istiqamətlənir. Hakimin oyunçuları səhv salması daha real görünür. Əvvəllər də belə hallar baş verib. Hakim oyunçunu səhv salaraq digər futbolçuya qırmızı vərəqə verib. Belə olan hallarda oyunun yenidən keçirilməsi təklif olunur. Bizim oyunda isə 2 mübahisəli epizod var. Həm qol epizodu həm də oynanılmamış 48 saniyə. Videoyazılarda da bu açıq aydın görünür. Hətta futbol tarixində qapı ölçüsünün düzgün olmadığı üçün də oyun təkrar keçirilib. Nə olursa olsun, UEFA oyunu yenidən keçirməlidi. Əgər UEFA oyunun yenidən keçirilməsini qəbul etsə, matçın yerini də onlar müəyyənləşdirəcək. Qurumun cavabı bizə 3 gün ərzində gəlməlidi. Əgər cavab müsbət olsa, biz İsveçrəyə gedəcəyik".